Xəbərlər
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
05 oktyabr 2026-cı il tarixində ETİHİ Qəbələ Rayon Komitəsinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad etmişlər.
Şirvan Bulqədirov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində davam edən tədbirdə ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, müəllimlər iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və dünyasını dəyişmiş təhsil işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edərək, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və gələcək nəsillərin yetişdirilməsi kimi məsuliyyətli və şərəfli missiyalarında yeni nailiyyətlər arzulayıblar. Çıxışlarda müəllim əməyinin cəmiyyətin inkişafında, savadlı, dünyagörüşlü və vətənpərvər nəslin formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, müəllim yalnız bilik öyrədən deyil, həm də şagirdlərin şəxsiyyət kimi formalaşmasına, onların həyat yolunu müəyyənləşdirməsinə töhfə verən mühüm bir peşənin sahibidir.
Tədbirdə bir qrup müəllimə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Qəbələ Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və ETİHİ-nin Qəbələ Rayon Komitəsinin Təşəkkürnamə və hədiyyələri təqdim olunmuşdur. Tədbir şagirdlərin ifasında müəllim peşəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri ilə davam etmişdir.
Bunud kənd məktəbində çalışan müəllimlər üçün bayram tədbiri təşkil olunub

Bunud kənd məktəbində çalışan müəllimlər üçün bayram tədbiri təşkil olunub
Qəbələ rayonu Fövzü Həmidov adına Bunud kənd tam orta ümumtəhsil məktəbində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər üçün bayram tədbiri təşkil olunub. Tədbir həmkarlar ittifaqının dəstəyi ilə keçirilib. Səmimi və xoş ovqatda keçən tədbirdə müəllimlərin cəmiyyətin inkişafında, gənc nəslin təlim-tərbiyəsində və gələcəyin formalaşmasında mühüm rolu vurğulanıb. Həmkarlar ittifaqının üzvlərinə göstərilən diqqət və dəstək, onların əməyinə verilən dəyərin ifadəsi olan bu cür tədbirlər kollektivdə birlik və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Bütün müəllimlərimizi peşə bayramı münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!
ETİHİ Respublika Komitəsi tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

ETİHİ Respublika Komitəsi tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Qəbələ rayonu Kiçik Pirəli kənd və Nic qəsəbəsi 1 nömrəli tam orta ümumtəhsil məktəblərində çalışan müəllimlərlə görüşlər keçirib.
Görüşdə ETİHİ Respublika Komitəsinin daxili nəzarət və keyfiyyətin təminatı üzrə müşavir Natiq Zamanov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, ETİHİ Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov və müəllimlər iştirak ediblər.
Görüşlər zamanı AHİK-in və ETİHİ Respublika Komitəsinin rəhbərliyinin bayram təbrikləri təhsil işçilərinə çatdırılıb, müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu vurğulanıb.
Müəllimlərin gündəlik fəaliyyəti, qarşılaşdıqları məsələlər və təhsil sahəsində həyata keçirilən işlər, o cümlədən ETİHİ Respublika Komitəsi tərəfindən təhsil işçilərinin əmək, sosial-iqtisadi hüquqlarının qorunması, istirahət və müalicələrinin təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Görüşlərin sonunda təhsil işçiləri ilə bərabər xatirə şəkilləri çəkdirilib.
27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olunub.

27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olunub.
Təbriz Yaqubov adına Bum qəsəbə tam orta ümumtəhsil məktəbində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olunub.
Tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov və Qəbələ rayon təhsil sektorunun müdiri Arifə Bayramova iştirak ediblər.
Qalibiyyət və vətənpərvərlik ruhunda təşkil olunan tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlər zamanı şagirdlərə 27 Sentyabr – Anım Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başlayıb.
Şagirdlərin diqqətinə çatdırılıb ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının həmrəyliyi, ordumuzun qəhrəmanlığı və şəhidlərimizin canı bahasına tarixi Zəfərlə nəticələnib. Vətən uğrunda canından keçən şəhidlərimizin və qəhrəman qazilərimizin şücaətinin hər zaman ehtiramla yad edildiyi vurğulanıb.
Qeyd olunub ki, 27 Sentyabr – Anım Günü şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm əhəmiyyət daşıyır. Bu əlamətdar gün Azərbaycan xalqının tarixi yaddaşının, milli birliyinin və Vətənə bağlılığının rəmzlərindən biridir.
Bəşir Pirmuradov adına Bayramkoxalı kənd tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüş keçirili

Bəşir Pirmuradov adına Bayramkoxalı kənd tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüş keçirili
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və ETİHİ Qəbələ Rayon Komitəsinin gördüyü işlər, həyata keçirdiyi tədbirlər və qarşıda duran hədəflər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilib.
Görüş zamanı təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, sosial təminat məsələləri, əməyin mühafizəsi, təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, əmək münasibətlərinin düzgün tənzimlənməsi, həmçinin həmkarlar ittifaqının üzvlərə göstərdiyi hüquqi və sosial dəstək imkanları müzakirə olunub.
Məktəb kollektivinin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda məktəb kollektivi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, müəllim və təhsil işçilərinə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulanıb.
ETİHİ Qəbələ Rayon Komitəsi təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, sosial məsələlərinin diqqətdə saxlanılması və əmək kollektivləri ilə birbaşa əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Ehtiram Səmədov adına Mamaylı kənd tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.

Ehtiram Səmədov adına Mamaylı kənd tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və ETİHİ Qəbələ Rayon Komitəsinin gördüyü işlər, həyata keçirdiyi tədbirlər və qarşıda duran hədəflər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilib.
Görüş zamanı təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, sosial təminat məsələləri, əməyin mühafizəsi, təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, əmək münasibətlərinin düzgün tənzimlənməsi, həmçinin həmkarlar ittifaqının üzvlərə göstərdiyi hüquqi və sosial dəstək imkanları müzakirə olunub.
Məktəb kollektivinin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda məktəb kollektivi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, müəllim və təhsil işçilərinə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulanıb.
ETİHİ Qəbələ Rayon Komitəsi təhsil işçilərinin əmək hüquqlarının müdafiəsi, sosial məsələlərinin diqqətdə saxlanılması və əmək kollektivləri ilə birbaşa əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
İttifaq üzvləri ilə görüş keçirilib

İttifaq üzvləri ilə görüş keçirilib
Vəndam qəsəbəsi Eldəniz Mehdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi ittifaq üzvləri ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Qəbələ Rayon Komitəsinin gördüyü işlər, həyata keçirdiyi tədbirlər və qarşıda duran hədəflər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilmişdir. Sonda ittifaq üzvlərinin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
15 Sentyabr – Bilik Günü

15 Sentyabr – Bilik Günü
Elburus Məmmədov adına Çarxana kənd tam orta ümumtəhsil məktəbində Bilik günü qeyd olundu.Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbir çərçivəsində ittifaq üzvləri ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Qəbələ Rayon Komitəsinin gördüyü işlər, həyata keçirdiyi tədbirlər və qarşıda duran hədəflər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilmişdir. Qəbələ Rayon Komitəsi olaraq ittifaq üzvlərimiz olan bütün müəllim və təhsil işçilərini15 Sentyabr – Bilik Günü münasibətilə təbrik edirik.Yeni tədris ilinin uğurlu, məhsuldar və yeni nailiyyətlərlə zəngin olmasını arzulayırıq.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Qəbələdə təhsil işçilərinin sentyabr konfransına start verilib
Qəbələdə təhsil işçilərinin sentyabr konfransına start verilib
Avqustun 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon təhsil sektoru üzrə təhsil işçilərinin sentyabr konfransına start verilib. İki gün davam edəcək konfransın ilk günündə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, Qəbələ rayon təhsil sektorunun müdiri Arifə Bayramova və struktur bölmə rəhbərləri, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov və İnzibati-Təşkilat sektorunun baş məsləhətçisi Yusif Dəmirov, Qəbələ Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Mələkxanım Ədilova, “Qəbələ səsi” qəzetinin redaktoru Azad Məmmədov, Qəbələ rayonunun ümumtəhsil məktəblərinin direktorları və məktəbəqədər müəssisələrin rəhbərləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və dünyasını dəyişmiş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbələ rayon təhsil sektorunun müdiri Arifə Bayramova ötən tədris ilinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. O, rayonda təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov yeni təmayül tədris modeli barədə geniş məlumat verərək, yeni tədris ilində qarşıda duran əsas məsələlərdən danışıb. Digər çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərinə uğurlar arzulayıblar.
Konfrans zamanı təhsil işçilərinin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.


